Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
2 Sentyabr 2019 13:53
1 442
“Universitetlərdə yeni ixtisaslar yaradılarkən əmək bazarının tələbləri nəzərə alınmalıdır. Məsələyə sırf tələbə cəlb olunsun, büdcə dolsun deyə yanaşmaq doğru deyil”
Təhsil üzrə mütəxəssis Adil Vəliyev belə deyib. Onun sözlərinə görə, bəzi universitetlər qəbul planının artması üçün bir neçə yeni ixtisaslar yaradırlar:
“Yeni yaradılan bəzi ixtisaslara əmək bazarında ehtiyac yoxdur. Buna görə də bu ixtisaslara demək olar ki, heç bir abituriyent qəbul olunmadı.
Universitetlərdə yeni ixtisaslar yaradılarkən əmək bazarının tələbləri nəzərə alınmalıdır. Məsələyə sırf tələbə cəlb olunsun, büdcə dolsun deyə yanaşmaq doğru deyil.
Xüsusilə I qrupda bu tipli ixtisaslar oldu.
Onu da qeyd edim ki, hər bir yeni açılan ixtisasın reklama ehtiyacı var. Hazırda BANM və UNEC ixtisaslarını, hətta məzunlarını yaxşı reklam edə bilir”.