Yanvarın 4-də ölkə ərazisində hava yağıntılı olacaq Hadisə

Yanvarın 4-də ölkə ərazisində hava yağıntılı olacaq

Azərbaycanda yanvarın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 7-9° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti olacağı ehtimal edilir.