“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
31 Yanvar 2020 15:51
1 596
Çində koronavirus aşkar ediləndən bəri hadisələri yaxından izləyirik.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Çində yaşayan Türkiyə vətəndaşları var, Uhanda isə onların sayı 34 nəfərdir.
“Prezident Ərdoğanın tapşırığı ilə biz həmin vətəndaşlarımızla daimi əlaqə saxladıq və Səhiyyə Nazirliyi ilə birgə bu istiqamətdə çalışmalarımızı həyata keçirdik, öz hazırlıqlarımızı gördük, Çinin qərar verəcəyini gözləyirdik. Çin uçuş üçün icazə verdi. Sadəcə öz vətəndaşlarımızı deyil, qardaş ölkələrin, o cümlədən azərbaycanlı qardaşlarımızı, canlarımızı da Çindən çıxaracağıq. Bundan başqa, Gürcüstan və Albaniya vətəndaşları ilə birgə 49 nəfər təxliyə ediləcək”, - deyə Çavuşoğlu vurğulayıb.
Onun sözlərinə görə, koronavirus təhlükəsi ilə əlaqədar lazımi tədbirlər görülüb: "Həmin şəxslər Türkiyəyə gələndə Səhiyyə Nazirliyi tərəfindən karantinə alınacaqlar. Həkimlərimiz müayinələr aparacaqlar".
Çavuşoğlu, həmçinin təyyarənin artıq Türkiyədən Uhana yola düşdüyünü əlavə edib.
13 Dekabr 20:25
1 687
13 Dekabr 17:19
1 400
13 Dekabr 15:17
1 554