

13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini V.Vəliyev Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 6 qrama yaxın marixuana aşkarlanaraq götürülüb. Onun idarə etdiyi “VAZ-21011” markalı avtomobildən 1 kiloqram 120 qram marixuana aşkarlanıb.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yevlax rayon sakini V.İsazadə də saxlanılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.