
Elektron ticarət və yenilənən qaydalar
6 Dekabr 23:38
6 Dekabr 23:38
6 Dekabr 23:27
Azərbaycan vətəndaşları Nazirlər Kabineti yanında operativ qərargahdan verilən bütün tövsiyə və tapşırıqları anlayışla qarşılayır. Dövlətin həyata keçirdiyi tədbirlər vətəndaşlar tərəfindən dəstəklənir.
Bunu Azvision.az -a açıqlamasında Daxili İşlər Nazirliyinin ((DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
DİN rəsmisi bildirib ki, hazırda polis əməkdaşları tərəfindən nəzarət tədbirləri davam etdirilir:
"İlk günlərdə bəzi kafe və restoranlar müəyyən edilmiş iş rejimini pozaraq saat 21:00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstəriblər. Buna cavab olaraq, həmin obyektlərin fəaliyyəti dayandırılıb, sahiblərinə qaydalara əməl olunmasının vacibliyi izah edilib. Artıq vətəndaşlar sosial izolyasiya tədbirlərini anlayışla qarşılayırlar. Hal-hazırda bütün obyeklər qanunla tənzimlənən vaxtda fəaliyyət göstərir. İzoliyasiya qaydalarının pozulması hallarına rast gəlinmir", - deyə Ehsan Zahidov vurğulayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il 14 mart tarixdən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir. Konkret olaraq, bir ay müddətində kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 21.00-dək müəyyən edilib, eləcə də həmin vaxtdan sonra klub və barların fəaliyyətinə qadağa qoyulub.