BAXCP sədri Teyyub Qənioğlunu təbrik edib Hadisə

BAXCP sədri Teyyub Qənioğlunu təbrik edib

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın Ali Məclisinin sədri Teyyib Qənioğlunu 65 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:

"Hörmətli Teyyub bəy,

Sizi 65 illik yubileyiniz münasibətilə təbrik edirəm.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizin təməl prinsiplərinə söykənən ideya və prinsiplərinin təbliğində Sizin xidmətlərinizi yüksək dəyərləndiririk.
BAXCP öz qarşısına böyük hədəflər qoyan və millətimizin strateji hədəflərinin həyata keçirilməsi uğrunda mübarizə aparan bir təşkilatdır. Bu baxımdan, hər birimiz böyük və çətin bir yolun yolçularıyıq. Bu gün Azərbaycan cəmiyyətinə təqdim etdiyimiz yeniliklər xalqımızın həyata keçirilməsi labüd olan arzuları, istəkləridir. Biz, kiçik maraqların, ambisiyaların deyil, dövlətimizin inkişafına, Azərbaycanımızın bütövlüyünə xidmət edən böyük ideallarımızın arxasınca gedirik. O idealların ki, tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, dövlətçilik ənənələrimizə söykənir.
Hörmətli Teyyub bəy!
Siz çoxillik təcrübəyə malik bir müəllim və alim kimi yüzlərlə mütəxəssisin formalaşmasında mühüm rol oynamısınız. Sizi bu sahədə də fərqləndirən cəhət öz peşənizin təməl qayəsinə üstünlük verməyinizdir.
Bu baxımdan, istər peşə, istərsə də siyasi fəaliyyətinizlə qürur duymağa, keçdiyiniz yola fərəhlə baxmağa haqqınız var!
Sizə bu yolda uğurlar diləyir, möhkəm cansağlığı arzulayıram".