Koronaya görə hansısa provayder güzəşt edir? - Sorğu Hadisə

Koronaya görə hansısa provayder güzəşt edir? - Sorğu

Sosial şəbəkələrdə vətəndaşlar internet provayderlərin ölkədə tətbiq edilən xüsusi karantin rejiminə baxmayaraq, ödənişlərin edilməsində möhlət verməməsindən şikayət edirlər. Vətəndaşlar bildirirlər ki, hazırda əsasprovayderlər aylıq ödənişin vaxtı tamam olan gün internetin verilməsini dayandırıb.
Məsələ ilə bağlı Axar.az ölkədə fəaliyyət göstərən bəzi internet provayderləri arasında sorğu keçirib.
KATV1: Hazırda ödənişlər dondurulmayıb. Şirkət yalnız tibb işçilərinə güzəştlər edib.
Nar Citynet: Müştərilərə ödənişlərin edilməsi üçün ənənəvi olaraq 15 gün möhlət verilir. Bu müddət bitdikdən sonra əlavə güzəşt edilmir. Şirkət karantin rejimindən əvvəl də bu möhləti müştəriləri üçün verirdi. AzFiberNet: Karantindən əvvəl də ödəniş etmək üçün müştərilərə 4 gün möhlət verilirdi. Lakin karantinlə əlaqədar xüsusi möhlət nəzərdə tutulmayıb.
Alfanet: Hər ayın 5-nə qədər möhlət verilir (5 gün). Xüsusi rejimlə əlaqədar əlavə möhlət nəzərdə tutulmayıb.
AiləTV: Yalnız televiziya kanallarının ödənişində möhlət verilir. İnternet haqqının ödənilməsində isə möhlət müddəti 1 gündür. Bunun da xüsusi rejimlə heç bir əlaqəsi yoxdur.
Birlink: Karantin rejimi ilə əlaqədar heç bir güzəşt nəzərdə tutulmayıb. Şirkət tərəfindən müştərilərə hər ay 2 gün möhlət verilir.