Türkiyənin 42 vilayətində kiberdələduzluq əməliyyatı: 74 nəfər saxlanılıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Misirli diplomat Rusiya xalqının birlik ili münasibətilə təşkil olunan konsertdə iştirak edib
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyun cədvəli açıqlandı
7 Aprel 2020 15:18
1 792
Çin Xalq Respublikasının Cek Ma Fondu və Alibaba Fondu COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana tibbi humanitar yardım göndərib.
Trend-in məlumatına görə, humanitar yardıma tibbi maska, test dəsti, xüsusi qoruyucu geyim, süni tənəffüs aparatı və məsafədən yoxlayan termometrlər (teplovizor) daxildir.
Nazirlər Kabinetinin sosial məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə sektor müdiri Lalə Kazımova jurnalistlərə müsahibəsində bu humanist addımına görə Cek Ma və Alibaba fondlarına Azərbaycan hökuməti adından təşəkkür edib. “Bu pandemiyanın tezliklə bütün dünyada daha az itkilərlə bitəcəyinə ümid edirik”, - deyə o əlavə edib.
Hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəylik nümayiş etdirir. Çinin bu yaxınlarda Azərbaycana COVID-19 infeksiyasının müəyyən olunması üçün test dəstləri hədiyyə etməsi bu dostluğun bariz nümunəsidir. Azərbaycan da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirib, ona kömək məqsədilə maddi və mənəvi dəstəyini əsirgəməyib.
13:28
371
12:52
483
12:50
469