
Karantin rejimi ilə əlaqədar, "Azercell"in fakturalı xətt sisteminə aid nömrələrində 25 mart 2020-ci il tarixli faktura borcunun son ödəmə tarixi 14 gün uzadılaraq 23 aprel 2020-ci il tarixə, 5 aprel 2020-ci il tarixli faktura borcunun son ödəmə tarixi isə 5 may 2020-ci il tarixə dəyişdirilib.
Şirkətdən verilən məlumata görə, göstərilən son ödəmə tarixinədək müvafiq faktura borcu ödənilmədiyi təqdirdə həmin nömrəyə xidmət göstərilməsinə məhdudiyyət qoyula bilər.