Təranə Muradova: “Məktəb ilk növbədə elm və bilik məkanıdır”
11 Oktyabr 21:02
11 Oktyabr 21:02
10 Oktyabr 10:00
9 Oktyabr 17:29
9 Oktyabr 17:20
30 Aprel 2020 12:23
2 884
İlqar Vəlizadə: “Bütün qaydalara əməl olunması vacib amildir”
“Cəmiyyətin bütün üzvləri bilməlidir ki, biz artıq yeni dövrə qədəm qoymuşuq. Bu proses yəqin ki çox çəkəcək”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. O əlavə edib ki, COVİD-19 pandemiyası uzun müddətli bir probemə çevrilib: “Yəni hələ heç nə bitməyib. Ona görə də insanlar son dərəcə ehtiyatlı olmalı və özlərini qorumalıdırlar. Dövlət bütün tədbirləri görür, insanların sağlamlığı üçün hər şey edir. Amma son nəticədə hər şey vətəndaşların özündən asılıdır. Bilirisniz ki, bütün dünyada problem yaşanır. Müşahidələr göstərir ki, ölkələrin səhiyyə sistemi nə qədər mükəmməl olsa da bu problemə tab gətirmək, onun fəsadlarını minimuma endirmək üçün yeni davranış qaydalarına əməl etməkdən çox şey asılıdır. Sosial məsafənin saxlanılmasından tutmuş, şəxsi gigiyenaya qədər bütün qaydalara əməl olunması vacib amildir. Bu bir sosial məsələdir. Biz özümüzü qorumaqla digərlərini də qorumuş oluruq. Nəzərinizə çatdırım ki, hansı ölkələrdə bu tədbirlərə əməl olunmayıb, o ölkələrdə ciddi fəsadlar yaranıb, onminlərlə ölüm halları baş verib. Karantin rejimi yumşaldılandan sonrakı dövrdə də belə ölkələrdəki acınacaqlı vəziyyəti unutmamalı, arxayınlaşmamalı və təhlükənin davam etdiyini unutmamalıyıq”.
11 Oktyabr 13:47
882
11 Oktyabr 13:32
917
11 Oktyabr 13:31
819