Elmar Məmmədyarov Nyu-Yorka gedib Hadisə

Elmar Məmmədyarov Nyu-Yorka gedib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka işgüzar səfərə yola düşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA - ya verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarovun BMT-nin 69-cı sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxışı planlaşdırılır. Azərbaycan XİN rəhbərinin həmçinin BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirakı, ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.