Cevdet Yılmaz: Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini tezliklə həyata keçirməliyik
Türkiyə vitse-prezidenti: Şuşa Bəyannaməsi ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib
Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Probasiya Xidmətində davam edir
Vitse-prezident: Türkiyə Azərbaycan kimi uğurlu COP keçirmək istəyir
12 İyun 2020 12:45
2 016
“Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisinə bilet alanların məsələsinə aydınlıq gəlib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) apasport.az saytına verilən məlumata görə, əvvəlcə təxirə salınan, ardınca ləğv olunan yarış üçün alınan biletlərlə bağlı iki variant təklif edilib.
Biletləri qaytarmaq istəyənlər əməliyyat şirkətinə [email protected] elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda, həmin biletlər gələn il baş tutacaq yarış üçün qüvvədə qalacaq.
BŞH həmçinin bildirib ki, builki yarış həftəsonunun ləğvi yerli promouter üçün hər hansı bir maliyyə öhdəliyi yaratmır və eyni zamanda mərhələnin keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı olduğu kimi gələnilki yarış mövsümünə ötürülür.
Qeyd edək ki, iyunun 5-7-də keçirilməli olan, sonradan təxirə salınan Azərbaycan Qran-prisinin baş tutmamasına koronavirus pandemiyası səbəb olub.