Ermənistan və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Dumanla əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq
Həyacan siqnalı verən Rusiya təyyarəsi bir saat sonra yerə enə bilib
Almaniya lideri çoxmillətli qüvvələrin Ukraynaya yerləşdirilməsi üçün şərtləri açıqlayıb
15 Avqust 2020 14:10
3 822
Fransa Azərbaycanlıları Koordinasiya Şurasıhesabat verib və Şuranın
yeni əlaqələndiricisi seçilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiirlib ki, bununla bağlı keçirilən videokonfransı giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Komitənin sədri Fuad Muradov Fransadakı diaspor üzvlərinin pandemiya dövründəki fəaliyyətini və Ermənistanın iyul təxribatları zamanı Parisdə izdihamlı aksiyalar keçirmələrini müsbət qiymətləndirib. O, Koordinasiya Şuralarının, o cümlədən Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yaranmasının diaspor hərəkatına mütəşəkkillik və dinamika gətirdiyinə diqqəti cəlb edib.
Daha sonra Diasporla İş üzrtə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi,"Qarabağ" məktəbinin və Azərbaycan–Fransa Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov Şuranın və Fransanın Nant şəhərində yerləşən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” Azərbaycan məktəbinin fəaliyyəti barədə məlumat verib.
Toplantı iştirakçıları görülən işləri müzakirə edib və gələcək planlar, yeni layihələr barədə təklif və rəylərini bildiriblər.
TədbirdəFransada fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri, diaspor fəalları və ölkəmizin Fransadakı səfirliyinin səlahiyyətli şəxsləri iştirak edib.
Komitə sədri Toğrul Zeynalovun əlaqələndirici kimi gördüyü işləri yüksək qiymətləndirib və onun təşəkkürnamə ilə mükafatlandırıldığını bildirib. Videokonfrans Fransa Azərbaycanlıları Koordinasiya Şurasınınyeni əlaqələndiricisinin seçilməsi ilə başa çatıb.