İctimai Birlik aztəminatlı ailələrə ərzaq yardımını davam etdirir Hadisə

İctimai Birlik aztəminatlı ailələrə ərzaq yardımını davam etdirir

“ İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin Siyəzən və Şabran rayonunda həyata keçirdiyi ““Pandemiyasız Azərbaycan, hədəf bu” devizi altında maarifləndirici tədbirlər” adlı layihəsi davam edir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Birliyin rəhbəri Şaban Nəsirovun Cebhe.info-ya verdiyi məlumata görə, layihə çərçivəsində Siyəzən və Şabran rayonlarında aztəminatlı ailələrin siyahısı hazırlanıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təsdiq olunduqdan sonra ərzaq yardımının paylanmasına başlanılıb.

Artıq birinci mərhələdə müxtəlif zəruri ərzaqlardan ibarət 30 qutu hazırlanıb və Siyəzən Rayon Mərkəzi Poçt şöbəsi tərəfindən əhaliyə çatıdırılıb. İkinci mərhələdə isə 27 ərzaq qutusu hazırlanıb və poçt şöbəsinə təhvil verilib. Şaban Nəsirov ərzaqların çatdırılması xidmətini təmanasız olaraq öz üzərinə götürən Siyəzən Rayon Mərkəzi Poçt şöbəsinin rəhbəri Akif Əliyevə xüsusi təşəkkürünü bildirib.