Aztəminatlı ailələrə ərzaq yardımı paylanıb - QHT lahiyənin icrasına başladı Hadisə

Aztəminatlı ailələrə ərzaq yardımı paylanıb - QHT lahiyənin icrasına başladı

“Demokratik İnkişafınTəşviqi” İctimai Birliyinin “Biz birlikdə güclüyük” devizi altında koronavirus pandemiyayasına qarşı mübarizə layihəsi davam edir. Layihə Siyəzən və Şabran rayonunu əhatə edir.

Cebhe.info xəbər verir ki, Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin rəhbəri Teymur Nəsirovun verdiyi məlumata görə, Siyəzən və Şabran rayonlarında aztəminatlı ailələrə ərzaq yardımı paylanıb. Onun sözlərinə görə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq aztəminatlı ailələrin siyahısı hazırlanıb, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına göndərilib. Siyahılar təsdiq olunduqdan sonra yardım qutularnın hazırlanmasına və poçt vasitəsi ilə aztəminatlı ailələrə çatdırılmasına başlanıb.

İlkin olaraq 28 qutu hazırlanıb poçt işçilərinə təhvil verilib. Yardım qutularının hazırlanması prosesini Quba Regional QHT Resurs Təlim Mərkəzinin direktoru Eynulla Xeyrullayev və poçt işçiləri monitorinq edib.

Teymur Nəsirov onu da xüsusi olaraq qeyd edib ki, Siyəzən Rayon Mərkəzi Poçt şöbəsi ərzaqların çatdırılması xidmətini təmanasız olaraq öz üzərinə götürüb. O, buna görə şöbənin rəhbəri Akif Əliyevə xüsusi təşəkkürünü bildirib.