“Yeni ticarət reallıqları strateji addımlar tələb edir”
15 İyun 19:17
15 İyun 19:17
15 İyun 16:14
29 Sentyabr 2020 19:35
3 213
Jurnalistlərin Həmkarlar İtifaqı (JuHİ) İctimai Televiziya əməkdaşlarının Tərtər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə əlaqədar beynəlxalq jurnalist təşkilatlarına müraciət edib. Müraciətdə qeyd edilib ki, “Azərbaycan ictimai televiziyasının əməkdaşları Azərbaycan –Ermənistan cəbhə xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıblar. Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində reportaj hazırlayan İctimai TV əməkdaşları, Tərtər rayonu ərazisində qəflətən Erməni silahlı birləşmələrinin hücumuna məruz qalıblar. Şirkətə məxsus avtomobil silahlı hücum nəticəsində yararsız hala düşüb, TV əməkdaşları özləri isə çevik manevrlər edərək atəş altından çıxmağı, sağ qalmağı bacarıblar”.
JuHİ bildirir ki, İctimai TV-nin əməkdaşları və onların istifadə etdikləri avtomobil hücuma məruz qalarkən, əməkdaşların əyinlərində press uniforması, avtomobilin üzərində isə İctimai TV-yə məxsus loqo və digər tanınma nişanları olub. Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri jurnalistləri atəşə tutmaqdan çəkinməyiblər”.
JuHİ müraciətdə qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan jurnalistlərinə qarşı törədilən ilk və son hadisə deyil, bənzər hallar intensiv şəkildə baş verir. Bunu nəzərə alaraq, JuHİ beynəlxalq jurnalist təşkilatlarına müraciət edərək, Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində 27 sentyabr 2020-ci il tarixdən etibarən yenidən başlanmış döyüşlərlə əlaqədar jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün addımlar atmağa çağırır.
JuHİ mətbuat xidməti
15 İyun 18:18
1 309
15 İyun 10:35
1 274
15 İyun 09:56
1 148