Sərkisyan Qarabağa gəlib Hadisə

Sərkisyan Qarabağa gəlib

Ermənistan prezidenti Serj Sərkisyan noyabrın 13-də Azərbaycanın işğal olunmuş torpaqlarına gəlib. Ermənistanın müdafiə naziri Seyran Ohanyan da Sərkisyanla birgədir.
"Media forum" saytının məlumatına görə, Serj Sərkisyan Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən hərbi təlimləri izləyib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri və separatçı hərbi birləşmələri "Birlik-2014" təlimləri keçirir. Noyabrın 6-da başlayan təlimlərə 17 mindən artıq hərbi qulluqçu, 550 artilleriya qurğusu, 250 zirehli hərbi maşın, 150 hava hücumundan müdafiə sistemi, tank əleyhinə 330 texnika, 100-ü xüsusi təyinatlı olmaqla 1300 avtomobil cəlb edilib. Noyabrın 12-də isə Azərbaycan ordusu işğalçı birləşmələrə məxsus hərbi vertolyotu məhv edib. Ekipaj bütünlüklə - üç erməni hərbi qulluqçunun üçü də ölüb.