13 Oktyabr 2020 11:15
2 135
Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncəyə səfər edib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, K.Heydərov ermənilərin raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, erməni təxribatı nəticəsində dağılmış mülki obyektlərin və yaşayış binalarının vəziyyəti ilə tanış olub.





