ASAN Radio Şuşadan səsləndi - FOTO Hadisə

ASAN Radio Şuşadan səsləndi - FOTO

ASAN Radio işğaldan azad olunan Şuşada ilk Azərbaycan radiosu kimi səsləndirilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 28 il sonra işğaldan azad edilən Şuşa şəhərində artıq operativ məlumat dalğası - ASAN Radio Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar.

Xatırladaq ki, ASAN Radio Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il ASAN Radionun fəaliyyətinin 5 ili tamam olur.