Bakıda koronavirusun ən çox yayıldığı rayon Binəqədidir Hadisə

Bakıda koronavirusun ən çox yayıldığı rayon Binəqədidir

Bakı şəhəri üzrə koronavirusun ən çox yayıldığı rayonlar məlum olub.

Trend-in "koronavirus.info"ya istinadən məlumatına görə, ən yüksək göstərici Binəqədi rayonunda qeydə alınıb. Bu rayonda yoluxma Bakı şəhəri üzrə ümumi yoluxmanın 14, 7 faizini təşkil edir.

Ardıcılığa uyğun olaraq daha sonrakı yerlərdə 12,7%-lə Xətai, 11,6%-lə Yasamal, 11,3%-lə Sabunçu, 8.3%-lə Nəsimi, 8,4%-lə Suraxanı, 8%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,3%-lə Qaradağ, 6,3%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.