Rusiya rublu fəlakətə doğru Hadisə

Rusiya rublu fəlakətə doğru

Rusiyada ABŞ dollarının və avronun dəyəri rekord həddə çatıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün paytaxt birjasında rubl dollara nisbətdə tarixində ən böyük ucuzlaşmanı yaşayıb. Belə ki, 1 ABŞ dolları tarixində ilk dəfə olaraq 52,05 rubla bərabər olub. 1 avro isə 65 rubla satılıb. Rusiya rublu noyabr ayında xarici valyutaya nisbətdə 19%, ilin əvvəlindən bu vaxta qədər isə 34% ucuzlaşıb. Qeyd edək ki, neftin dünya bazarında ucuzlaşması rublun məzənnəsinə ciddi təsir edib. Noyabrın 27-də OPEK-in (Neft İxrac Edən Ölkələr Birliyi) neft hasilatının həcminin əvvəlki səviyyədə saxlanılması ilə bağlı qərarından sonra Rusiya rublunun dəyəri dollar və avroya nisbətdə sürətlə ucuzlaşmağa davam edir. Bu gün dünya bazarında Brent markalı neftin 1 bareli 1,88 dolar ucuzlaşaraq 67,8 dollara satılıb.