Ruslan Əliyev: "Mənim vəzifəm Azərbaycan ilə Rusiya arasında ticari - iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə kömək etməkdir" Hadisə

Ruslan Əliyev: "Mənim vəzifəm Azərbaycan ilə Rusiya arasında ticari - iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə kömək etməkdir"

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev Rusiya Ticarət-Sənaye Palatasının dəstəyi ilə Rusiyanın tanınmış beynəlxalq "Russian Business Guide" jurnalına müsahibə verib. Jurnalın dekabr buraxılışının üz qabığında elan edilən müsahibə Ticarət Nümayəndəliyi tərəfindən görülən ciddi işin yekunudur. Müsahibədə ticarət nümayəndəsi hər iki ölkənin diplomatik və işgüzar əməkdaşlıq tarixindən, müasir dünyada ekoloji məsələlərin həllinin rolundan danışıb.Ruslan Əliyev deyib ki, dövlət başçısı tərəfindən Ticarət Nümayəndəliyinə yüksək diplomatik status verilib: “Biz geniş səlahiyyətlərə malik ikinci dərəcəli fövqəladə səlahiyyətli səfirlərik. Lakin bu yüksək səviyyəyə uyğun gəlmək lazımdır və biz həyata keçirdiyimiz fəaliyyətə görə şəxsən məsuliyyət daşıyırıq”.O bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq birincisi, sovet dövründə də, sonra da, görülmüş bütün işləri sistemləşdiriblər: “Əsas vəzifələrimizdən biri "Made in Azerbaijan" vahid brendi ilə razılaşmaq və onu Rusiya bazarında tanıtmaqdır. Digər ölkələrdə həmkarlarımın başladığı ilk şey "şou-rumlar"dır. Amma onları burada açmaq, tərəvəzdən, meyvədən tutmuş konserv, şərab, su və şirəyə qədər rusiyalılara Azərbaycan məhsullarını göstərmək bizim üçün vacib deyil, çünki bir çox onilliklər ərzində onunla onsuz da yaxşı tanışıq. Müntəzəm tədarükü təşkil etmək daha vacib idi və bu məhsulun çeşidini genişləndirmək mümkündür. Biz "Azərbaycan Ticarət Evi"nin yaradılması və inkişaf konsepsiyası vasitəsilə yerinə yetirmək qərarına gəldik.Qısamüddətli perspektivdə səylərin cəmləşməli olduğu perspektivli istiqamətlər arasında bu, şərab ixracının artırılmasına yardım etmək, potensialın qiymətləndirilməsi və meyvə-tərəvəz konserv ixracının artırılması üzrə Fəaliyyət Planının qəbul edilməsi, Rusiyada daha perspektivli aqrar məhsulların ixracının artırılması üzrə Fəaliyyət Planının qəbul edilməsi, sənaye məhsullarının ixracına yardım edilməsi və Azərbaycanda birgə istehsalatların yaradılması imkanlarının araşdırılmasıdır”.
Ruslan Əliyev müsahibədə Azərbaycanın nar məhsulu haqqında da danışıb: “90-cı illərin sonunda bizdə nar sahələri səkkiz min hektardan bir qədər az qalmışdı. On il ərzində respublikada onların sahəsi 20 minə qədər bərpa edilmişdir. Ancaq bərpa etmək həmişə məhv olmaqdan daha çətindir. Bu istiqamətə - Azərbaycan şərabının tanınmsına, onun keçmiş populyarlığının bərpasına İlham Əliyev bilavasitə görüş zamanı xüsusi diqqət yetirmişdir, çünki bu məhsul artıq özünü göstərmişdir və biz Rusiyada "Yeni Azərbaycan şərabı" kimi kampaniyaya başlamışıq. Mən bu mövzuda - artıq bu sahədə görülən işlər haqqında çox danışa bilərəm”.
O qeyd edib ki, bir çox ticarət-iqtisadi nailiyyətlərimizlə səfirliyimizin və şəxsən səfir Polad Bülbüloğlunun dəstəyinə borcludurlar: “Qlobal məsələ Azərbaycanla ikitərəfli ticari-iqtisadi razılaşmaların olduğu Rusiyanın müxtəlif regionlarının rəhbərliyi ilə mümkün qədər birbaşa münasibətlər qurmaqdır. Bunu etməklə, artıq ilk iki il ərzində mən 25-ə yaxın regiona baş çəkmişəm və RF-nin demək olar ki, bütün iqtisadi beynəlxalq tədbirlərində iştirak etmişəm. Bu, Soçidə İnvestisiya Forumu, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu, Vladivostokda Şərq İqtisadi Forumu və Çuvaşiya, Başqırdıstan, Krasnoyarsk, Stavropol, Yekaterinburq, Novosibirsk, Tümen, Tobolsk tədbirləridir. Mən heç bir dəvətdən imtina etmədim. Pandemiya dövründə belə bir fəaliyyəti davam etdirdik və onlayn görüşlər təşkil etdik, məsələn, Yaroslavl ilə, Tambovla.
Ruslan Əliyev bildirib ki, Azərbaycanın yaxşı məhsulları var: “Amma onu düzgün təqdim etmək, çatdırmaq və satmaq lazımdır. Ötən 30 il ərzində Azərbaycan öz ərazisində sənaye qura, adambaşına düşən gəlirləri artıra bilmişdir. Hətta müstəqilliyə daxil olan belə böyük problemlə – bir milyon qaçqınla, ərazisinin 20 faizinin işğal edilməsi ilə ölkəmiz iqtisadiyyatı qura, şərabçılığı, kənd təsərrüfatını, neft-qaz sənayesini canlandıra, böyük beynəlxalq layihələrə qoşula, Liman, neft boru kəmərləri tikə, beynəlxalq nəqliyyat dəhlizlərini qura bildi. Azərbaycan bunların hamısını edə bildi”.
Müsahibədə İkinci Qarabağ müharibəsinə toxunan Ruslan Əliyev üçtərəfli bəyanatın imzalanmasının tarixi hadisə olduğunu vurğulayıb: “Və bundan hamı faydalanacaqdır. Mənə elə gəlir ki, biz hansısa çox mühüm bir sərhəddən keçmişik”.
Xatırladaq ki, müsahibə dekabrın 8 - də RF TP-də keçirilməsi planlaşdırılan "Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası" Forumu ərəfəsində hazırlanıb.