 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 9 Dekabr  2020 20:25
9 Dekabr  2020 20:25 2 646
2 646
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Kəlbəcər rayonu qayaüstü rəsmləri, tarixi abidələri ilə zəngindir. Kəlbəcərin beş min illik qayaüstü rəsmləri dünyaya tanıdılmalıdır.
Bunu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının üzvü, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə deyib.
Ömrünün 20 ildən çoxunu Kəlbəcərin Alagöl, Zalxagöl və Qaragölün sahillərində, həmçinin Pəriçınqılı, Ayıçınqılı, Lülpər sahələrində qayaüstü təsvirlərin aşkarlanmasına həsr edən və belə yüksək dağlıq zonasında 8000-ə yaxın qayaüstü rəsmləri üzə çıxaran alim deyib ki, Kəlbəcərin qayaüstü təsvirlərində ailə-məişət, təsərrüfat işləri və yerli tayfaların səma cisimləri ilə bağlı dünyagörüşü əks olunub. Bu təsvirlərdən ən qədiminin tarixi e.ə. IV-III minilliyə təsadüf edir.
Arxeoloq alim Kəlbəcər rəsmlərini Qobustan qayaüstü təsvirləri ilə müqayisə edərək, abidələrin oxşar və fərqli xüsusiyyətlərini də diqqətə çatdırıb.
Alimin sözlərinə görə sözügedən qayaüstü təsvirlər yenidən tədqiq olunaraq ən qədim insan məskənlərindən biri olan Qobustanın “əkizi” kimi dünya səviyyəsində tanıdılmalıdır.
 31 Oktyabr 20:55
31 Oktyabr 20:55 931
931 31 Oktyabr 19:15
31 Oktyabr 19:15 1 022
1 022 31 Oktyabr 18:26
31 Oktyabr 18:26 1 036
1 036 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    