Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının yeni Fəaliyyət Planının detalları məlum olub
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Vladanka Andreyeva ilə görüşüb
Azərbaycan və Türkiyə üçüncü ölkələrə sərmayə qoyulması sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Türkiyə sərbəst ticarət müqaviləsi imzalanması imkanlarını araşdıracaq
16 Dekabr 2020 16:54
2 359
Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov əmr imzalayıb.
Dəyişiliyin məqsədi vahid büdcə təsnifatını “Tibbi sığorta haqqında” qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırmaqdır. Bununla təsnifatın gəlirlər hissəsində “Sosial ayırmalar” sözləri “Sosial və icbari tibbi sığortaya ayırmalar” sözləri ilə əvəz edilib, bəzi paraqraflar ləğv olunub, köməkçi bölmələr əlavə edilib.
Dəyişikliyə əsasən, sosial və icbari tibbi sığortaya ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata, sosial ehtiyaclara, işsizlikdən sığortaya və icbari tibbi sığortaya ayırmalara bölünür.