Şahbaz Quliyevin səhhətində problem yaranıb Hadisə

Şahbaz Quliyevin səhhətində problem yaranıb

Azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərova Dağlıq Qarabağda, Xankəndidə qurulmuş qondarma məhkəmənin dekabrın 12-nə təyin olunmuş iclası baş tutmayıb.
"Media forum" saytı xəbər verir ki, "hakim" Anatoli Tadevosyan Şahbaz Quliyevin səhhətində problemlər olduğunu bəyan edib və iclası dekabrın 19-na keçirib.
İşğalçı rejim Şahbaz Quliyev və Dilqəm Əsgərovu bu ilin iyul ayında Kəlbəcərdə girov götürüb. Onlarla birgə Kəlbəcərə gedən Həsən Həsənov isə həmin vaxt öldürülüb. Onun meyiti qarşı tərəfdən oktyabrın 2-də alınıb, oktyabrın 4-ü Bakıda dəfn edilib.
İşğalçı rejim hər üç şəxsin Kəlbəcərə diversiya məqsədi ilə keçdiyini, 2 ermənini öldürdüyünü, 1-ni yaraladığını və başqa cinayətlər törətdiyini iddia edir.