Bu nazirlik bütün sənədlərin elektronlaşdırılmasına başlayıb Hadisə

Bu nazirlik bütün sənədlərin elektronlaşdırılmasına başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün sənədlərin elektronlaşdırılmasına başlayıb.

Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qəmbərov deyib.

O bildirib ki, nazirlikdə artıq bütün sənədlərin elektron qəbulu və cavablandırılması prosesinə start verilib:

"Bütün sənədlər elektron idarə olunur. Biz çalışırıq ki Dövlət Ekoloji Ekspertiza Agentliyinin müvafiq qurumlarla koordinasiyasını təşkil etmək üçün elektronlaşma sistemini tətbiq edək. Yəni müraciət edən şəxs elektron poçt hesabı vasitəsilə müraciət etməklə istədiyi sualın cavabını operativ alacaq.

Çalışırıq, bu prosesi daha sadələşdirilmiş, vətəndaşı qane edən formada həyata keçirək. Bu isə bizim fəasliyyətimizin funksional həyata keçirilməsinə kömək edəcək.