İranın İsrailə hücumu nəticəsində 15 nəfər yaralanıb
22 Mart 17:28
22 Mart 17:28
22 Mart 16:58
22 Mart 10:56
7 Yanvar 2021 14:12
2 534
Azad olunmağıma görə Prezident İlham Əliyevə minnətdaram.
Bunu bu gün keçirilən mətbuat konfransında erməni girovluğundan azad edilən Dilqəm Əsgərov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin səyi nəticəsində azad olunub: "Mənim həbs edilməyim qanunsuz idi. Mən Ermənistana yox, Kəlbəcərə getmişdim. Məni Xankəndinə aparıb, iki barmağımı qırdılar, başımın sümüyünü qırdılar. 1 il orada qaldım, yemək vermirdilər, makaronlu su verirdilər. Avtomatın arxası ilə qoluma, sinəmə və başıma vururdular. Ermənistan prokurorluğunda məni 15 nəfər döydü. Yıxıldığım yerdən qalxmağa taqətim olmadı, məcbur qaldırıb yenidən döydülər. Beynəlxalq Qırmızı Xaç Komitəsi mənə işgəncə verilməsi barədə bilirdi, amma heç bir tədbir görmədilər. BQXK-dən mən beynəlxalq qanunları tələb etdim. Ondan sonra mənə radio verdilər. Amma istintaq dövründə mənə heç bir köməklik etmədilər. Bir ildən sonra mənə ömürlük həbs, verib Şuşa həbsxanasına göndərdilər. Bir ildən sonra Azərbaycanın təzyiqləri nəticəsində bizə yemək gətirməyə başladılar. 6 il yarım həbsxanada qaldım. Gün ərzində əvvəlcə yarım saat, sonradan 1 saat gəzməyə imkan verdilər. Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan əleyhinə məndən informasiya almaq istəyirdi. Amma heç bir məlumat vermədim. Mənim yanıma jurnalistləri gətirdilər ki, onlara müsahibə verim. Mən imtina etdim".
D.Əsgərov deyir ki, bütün işgəncələrə baxmayaraq, o azad olunacağına ümidli olub: "Mən onlara demişdim ki, vaxt gələcək Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad edəcək. O gün oldu".
22 Mart 17:17
931
22 Mart 15:09
1 050
22 Mart 15:06
1 029