COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir - İnstitut direktoru Hadisə

COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir - İnstitut direktoru

COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir. O, mövsümə bağlı olmayaraq, istədiyi zaman yayılır.

Bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, virus artıq bioloji xüsusiyyətlərini dəyişir. Bu virusun qışda aktivləşib, yayda zəifləməsi ehtimalı yoxdur:

“Bu məsələ gündəmdə olmayıb. Yayda ona görə virusun yayılması bir qədər zəif idi ki, qapalı yerlərdə insanlar arasındakı təmas o qədər çox deyildi. Digər tərəfdən, xəstəliyin mutasiyaya uğramış bu forması mövcud deyildi. Əgər mutasiya olsaydı, bu virus yayda da payızda olduğu qədər çox yayıla bilərdi. Əhalinin qışda qapalı məkanlarda olması, virusun mutasiyaya uğraması onun yayılmasını sürətləndirmiş olur”.