XİN: İtaliya Ermənistanla sülh prosesinə dəstəyini davam etdirir
Hikmət Babaoğlu: Azərbaycan həqiqətləri hər platformada diqqətə çatdırılmalıdır
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB1
12 Yanvar 2021 12:52
1 519
İşğaldan azad olunmuş ərazilərdə olan abidələrin sayı hazırda elmə məlum olduğundan qat-qat çoxdur.
Bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib. Onun sözlərinə görə, həmin ərazilər, xüsusən də Kəlbəcər, Qubadlı və Zəngilan arxeoloji baxımdan sovet dövründə çox zəif öyrənilib:
“Sovet hakmiyyəti döründə nisbətən geniş tədqiqat Ağdam, Füzuli və Tərtər rayonlarında aparılıb. Digər ərazilərdə də araşdırılıb, ancaq nisbətən zəif olduğu üçün orada olan abidələr haqda məlumat azdır. Qarabğ bölgəsinin təbii coğrafi şəraiti onu deməyə imkan verir ki, həmin yerlərdə olan abidələrin sayı hazırda elmə məlum olduğundan qat-qat çoxdur”.
N.Müseyibli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə arxeoloji tədqiqat işləri planlı şəkildə həyata keçiriləcək:
“İlkin mərhələdə arxeoloji kəşfiyyat işləri aparılmadır. Bundan əlavə, bizə məlum olanarxeoloji memarlıq kompleksləri erməni vandalizminə məruz qalıblar, onların hazırkı durumu öyrənilməlidir”.