13 İyun 10:19
13 Yanvar 2021 14:22
2 380
Ötən gün şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti dəfn edilib.
Bu gün Gəncə şəhərində DSX-nin şəhid olmuş kapitanı, 1988-ci il təvəllüdlü Muxtarov Sənan İlqar oğlu ilə vida mərasimi keçirilib.
Mərasimdə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib. Vida mərasimindən sonra şəhid S.Muxtarov Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, S.Muxtarov ötən gün Zəngilan rayonu ərazisində avtomobillə hərəkətdə olarkən minaya düşüb. Nəticədə S.Muxtarov şəhid olub, sürücüsü isə ağır yaralanıb.
Allah rəhmət eləsin!
13 İyun 21:08
1 211
13 İyun 20:14
1 113
13 İyun 19:30
2 513