Babəkin məhkəmə hakiminin vəzifəsi dəyişdirildi Hadisə

Babəkin məhkəmə hakiminin vəzifəsi dəyişdirildi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi D.Y.Səfərovun vəzifəsinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsi rəhbər tutularaq qərara alınır:

- Daşqın Yaqub oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.