Ali Məhkəmədə hakimlərin andiçmə mərasimi keçirilib Hadisə

Ali Məhkəmədə hakimlərin andiçmə mərasimi keçirilib

Bu gün Ali Məhkəmədə hakimliyə yeni təyin olunan şəxslərin andiçmə mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə Prezident İlham Əliyevin sərəncamı ilə hakim təyin olunan 44 nəfər yeni hakimlər and içib.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı fərmnana əsasən hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və vaxtında baxılması məqsədilə Fərmana əsasən əlavə 200 yeni hakim ştatı ayrılıb.

Həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilərək bu proses davamlı xarakter alıb. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə sualların kompüter vasitəsilə cavablandırılması və nəticələrin dərhal elanı müəyyən olunub.

Xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə ötən il Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilmiş müsabiqə nəticəsində 44 nəfər hakimliyə namizəd bir neçə mərhələdən ibarət olan bütün imtahanları, o cümlədən yarım illik tədris kursunu və məhkəmələrdə stajkeçməni uğurla başa vurub.