Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
12 Fevral 2021 11:52
1 309
“Şəhid ailələrinin və qazilərin sosial təminatının yaxşılaşdırılması Prezidentin diqqət mərkəzindədir”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında deputat Musa Quliyev deyib.
O bildirib ki, “Dövlət rüsumu haqqında” qanunda şəhid ailələri və qazi ailələrinə güzəştlər nəzərdə tutulsa da, Qarabağ müharibəsi əlilləri bu rüsumlardan azad deyil: “Bu, uyğunsuzluq yaradır. Qanunvericiliyə bununla bağlı dəyişiklik edilsin. Əlaqədar hökumət orqanları ilə bu məsələni araşdıraq və bu uyğunsuzluğu aradan qaldıraq”.
M. Quliyev həmkarı Naqif Həmzəyevin təklifini də dəstəkləyib.
“Gəncə aeroportuna Nizami Gəncəvinin adının verilməsi çox mühüm hadisə olar. Ölkənin tanınması, gələn turistlərin daha çox məlumat alması baxımından bu çox yaxşı addım olar”, - deyə deputat vurğulayıb.