5 Noyabr 23:56
15 Fevral 2021 11:13
2 492
Qubada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkar edilib.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan bildirilib.
Verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən çay evi aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Elşad İbrahimov və orada olan 13 müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Burada onlarla ilə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.
Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
09:29
364
08:56
427
08:54
441