24 Mart 16:49
15 Fevral 2021 15:08
1 715
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ərzaq dükanında narkotik saxlayan rayon sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini Elçin Qasımov narkotik vasitə qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb.
Üzərinə keçirilən baxış zamanı 3 kibrit qutusunda çəkisi 14 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Qasımova məxsus Lənkəran şəhəri ərazisində yerləşən ərzaq mağazasına keçirilən baxış zamanı oradan 70 ədəd kibrit qutusunda və 3 ədəd bağlamada ümumilikdə 1 kiloqram 780 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma apaılır.
24 Mart 17:07
1 260
24 Mart 16:08
1 281
24 Mart 14:54
1 204

