18 Sentyabr 22:26
18 Sentyabr 16:26
16 Fevral 2021 11:00
1 932
Azərbaycanda aparılan vaksinasiya sayəsində ölkə əhalisinin COVİD-19-a yoluxmayan hissəsinin bu virusa yoluxmasının qarşısını almaq olar.
Bunu Trend-ə "Yeni klinika"nın həkim-infeksionisti Dilman Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanda 10 milyon əhalinin yalnız müəyyən bir hissəsi COVİD-19-a yoluxub:
"Amma hələ xeyli sayda əhali virusa yoluxmayıb, buna görə də onların virusa yoluxmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi çox vacibdir. Əgər növbəti dalğa olarsa, həmin insanlar da virusa yoluxa bilərlər. Bu baxımdan profilaktik tədbirlərin görülməsi üçün insanları vaksinasiyada aktiv olmağa çağırıram".
D.Əhmədov qeyd edib ki, o, artıq vaksin vurdurub:
"Vaksinin birinci dozasını vurdurmuşam, sabah isə ikinci dozanı vurduracağam. Vaksindən sonra özümü çox yaxşı hiss etdim, heç bir yan təsirlər müşahidə edilmədi".
12:36
700
18 Sentyabr 21:11
952
18 Sentyabr 20:03
1 050