“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
16 Fevral 2021 12:00
1 407
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv edilərək yerinə Medianın İnkişafı Agentliyinin yaradılmasının səbəbləri açıqlanıb.
Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "QəbuldASAN” verilişində bildirib ki, KİVDF-nin təşkilatı-hüquqi forması geniş tədbirlərin həyata keçirilməsinə imkan vermirdi:
“Biz həmin fond çərçivəsində işlərimizi görərkən və media sahəsindəki prosesləri təhlil edərkən gördük ki, bu fondun ümumiyyətlə təşkilati-hüquqi forması media sahəsində geniş islahatların aparılmasına və medianın bütün sahələrini əhatə etməyə imkan vermirdi. Yəni fondun təşkilatı-hüquqi formasının medianın yalnız maliyyə dəstəyini həyata keçirməklə müəyyən istiqamətdə işlərin görülməsi kimi bir çərçivəsi var idi.
Bu təşkilati-hüquqi forma medianın bütün sahələrini, ümumiyyətlə jurnalistlərlə yaxından işlərin görülməsi, onların ixtisas və peşələrinin artırılması üzrə tədbirlərin görülməinə imkan vermirdi. Bu səbəbdən də bizim təhlillərimiz göstərdi ki, yeni təşkilati-hüquqi formaya keçimək zərurəti vardı və cənab Prezidentin fərmanı ilə yeni təşkilatı-hüquqi formada, publik-hüquqi şəxs olaraq Medianın İnkaşı Agentliyinin yaradılması barədə qərar verildi”.
10:53
777
19 Dekabr 20:27
1 932
19 Dekabr 19:54
1 911