Rusiya Krivoy Roqda çoxmənzilli binaları “İskəndər” raketləri ilə vurub
Ermənistan və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Dumanla əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq
Həyacan siqnalı verən Rusiya təyyarəsi bir saat sonra yerə enə bilib
18 Fevral 2021 15:14
1 029
Ötən il cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 2,2 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2019-cu il ilə müqayisədə cinayət törətmiş qadınların sayı 16,4 faiz azalmış, 14-17 yaşda olan uşaqların sayı isə 0,3 faiz artıb.
2020-ci ildə qadınlar tərəfindən və onlara qarşı törədilmiş cinayətlərin sayı müvafiq olaraq 7,0 faiz və 9,3 faiz, yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş cinayətlərin sayı isə müvafiq olaraq 26,8 faiz və 12,9 faiz azalıb. Əvvəlki illə müqayisədə qadınların və yetkinlik yaşına çatmayanların iştirakı ilə törədilmiş cinayətlərin sayında da müvafiq olaraq 26,6 faiz və 1,8 dəfə azalma müşahidə olunub.