“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
19 Fevral 2021 09:31
2 681
Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən 19-21 fevral tarixlərində Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunur.
Yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək.
ASC-dən Trend-ə verilən məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.
Qeyd edək ki, yarmarka karantin rejiminin tələblərinə tamamilə əməl olunmaqla keçirilir. Yarmarkada əvvəlcədən qeydiyyatdan və tibbi müayinədən keçən fermerlər iştirak edirlər. Onlar ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunublar. Yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya tədbirləri aparılacaq, yarmarkaya daxil olan vətəndaşların temperaturları ölçüləcək və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzərət olunacaq.
“Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
1 Noyabr 17:46
1 512
1 Noyabr 14:21
1 512
31 Oktyabr 20:55
1 932