Əlindəki fənər 6 yaşlı uşağı xilas edib... – Xocalı soyqırımı ilə bağlı film Hadisə
- 26 Fevral 2021 11:39
- 1 113
Azərbaycan Televiziyası Xocalı soyqırımına həsr olunmuş bədii-sənədli film hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, televiziyanın Kinoproqramlar və dublyaj baş redaksiyasının istehsalı olan film "Ümid işığı" adlanır. Real faktlar əsasında çəkilən filmin 26 fevralda - Xocalı soyqırımı günü nümayiş olunması nəzərdə tutulur.
"Ümid işığı" Xocalı soyqırımı zamanı Teymur adlı körpənin yaşadıqlarından bəhs edir.
Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum edəndə Teymurun 6 yaşı olur. Şaxtalı bir qış gecəsində anasının şirin laylası altında mışıl-mışıl yatan Teymur qəflətən ah-nalə səsinə oyanır, gözlərini açanda günahsız insanların necə qətlə yetirildiyini, ona qucaq açan yaxınlarının ayaqyalın, başıaçıq qarın üzərinə necə "səpələndiyini" görür.
Sağ qalan insanların helikopterlə təxliyəsi zamanı anası Teymuru Xocalıda unudur. Əlindəki fənər onun ümid işığına çevrilir. Məhz fənər sayəsində 6 yaşlı uşağı xilas etmək mümkün olur.
Teymur yaşadıqlarını belə xatırlayır: "Üç gün idi xilas olmağa çalışan ailəm, qohumlarım və digər xocalılılarla birlikdə şaxtalı, qarlı havada yol gəlirdik. Atam ağır yaralanmışdı. Anamın qucağında körpə uşaq var idi. Onlar hara getsə, arxalarınca qaçırdım. Gücüm ancaq evdən götürdüyüm fənərlə gecələr getdiyimiz yolu işıqlandırmağa çatırdı.
Biz vertolyota çatanda dedilər ki, birinci yaralılar və qucağında körpə uşaq olanlar xilas ediləcək. Vertolyot ətrafında qarışıqlıq yaranmışdı, hamı xilas olmağa çalışırdı. Vertolyot havaya qalxanda mənim də içəridə olduğumu güman ediblər, ancaq həmin vaxt mən yaddan çıxıb yerdə qalmışdım.
Nə edəcəyimi bilmirdim, son ümidim əlimdəki fənəri vertolyota tərəf tuşlamaq oldu. İşığı görən pilotlar yenidən yerə enib məni də götürdülər. Həmin fənəri bu günə qədər saxlayıram. Bu fənər həyatımın ümid işığıdır"
Qisas hissi ilə böyüyən Teymurun Vətən Müharibəsi başlayanda cəbhəyə yollanması, xocalılıların və yaxınlarının qisasını almaq üçün ağır döyüşlərə atılması filmdə obrazlı şəkildə canlandırılır.
Zaqatalanın Muğanlı, Kəpənəkçi kəndlərində lentə alınan filmin ssenari müəllifi Afaq Əhmədova, quruluşçu rejissoru Natiq Novruzov, quruluşçu operatoru Cavid Əliyev, operatoru Kamran Soduyev, prodüseri Fatimə Əzimovadır.
Film fevralın 26-sı saat 21:30-da AzTV-də yayımlanacaq.
-
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi - Kərəm Vəliyev
-
Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
-
Blinken çinli həmkarı ilə görüşüb
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı
-
Əqli mülkiyyət hüququnun qorunması Ombudsmanın fəaliyyət istiqamətləri arasındadır
-
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər
-
Milli fəal Cəbrayıl Pakruh məhkəməyə çağırıldı
-
Rəsmi İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır
-
Mastercard: Azərbaycan təmassız ödənişlər üzrə regional liderdir
-
Yanvar-mart aylarında Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb
-
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edildi
-
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu qaydası hazırlanacaq
-
Tarixi zəfərimizin əqli mülkiyyətə müsbət təsirləri var - Kamran İmanov
-
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
-
Trampın müşavirləri ABŞ dollarından imtina edən ölkələrə qarşı sanksiyalar barədə düşünürlər
-
Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nda iştirakı gözlənilir
-
Qızıl və gümüş yenidən bahalaşıb
-
KİV: ABŞ Ukraynaya yeni yardım paketini elan edə bilər
-
Keçmiş ukraynalı nazir həbs olunub
-
Bakıda evdə meyit tapılıb
-
Azərbaycanda general-mayor vəfat edib
-
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb
-
Liftdə köməksiz qalan 1 nəfər xilas edilib
-
NİİM piyadalara müraciət edib
-
QAİ Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
-
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
-
Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro
-
Rusiyanın itkiləri artır
-
COP29-un əhəmiyyəti
-
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə cinayət işi açılıb
-
Xocavənddə partlayıcı vasitələr aşkar edildi
-
"ABŞ Pekinin inkişafına mane ola bilməyəcək”
-
İcra başçıları və digər rəhbər şəxslərlə görüşmək istəyənlərin nəzərinə - CƏDVƏL
-
Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri
-
Husilər İsrail hədəflərinə raket atıb
-
Tərtərdə mikroavtobusla minik avtomobili TOQQUŞDU: Xəsarət alanlar var
-
ABŞ Ukraynaya 6 milyard dollarlıq yardıma hazırlaşır
-
Zaqatala sakini pomidor turşusundan zəhərləndi - Xəstəxanada vəfat etdi
-
Azərbaycan nefti ucuzlaşıb
-
Avtoxuliqanlıq edən sürücülər həbs olundu
-
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
ABŞ qırmızı xətti keçməməlidir
-
Tokio, Roma və London ən yeni qırıcının prototipini hazırlamağı istəyirlər
-
Şükürlər olsun ki, uzun illərin həsrəti sona çatdı - Füzuliyə qayıdan sakin
-
30 il torpaqlarımız işğal altında idi, indi başımız ucadır - Füzuliyə qayıdan sakin
-
Vətənimizə qayıtmağımıza çox sevinirik - Füzuliyə qayıdan sakin
-
Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri başa çatır
-
Sevincimin həddi-hüdudu yoxdur - Füzuli sakini
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
-
ABŞ ilə Moldova Avropaya qaz tədarükü sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər
-
Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib
-
ABŞ Ukraynaya silah tədarükü üçün yeni müqavilələr bağlamağa hazırlaşır
-
“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib
-
Husilər Ədən körfəzindəki "MSC Darwin" gəmisinə hücum ediblər
-
ABŞ qoşunlarının əsas hissəsini Niger və Çaddan çıxaracaq
-
“Portu” futbol klubu Serjio Konseysao ilə müqaviləni yeniləyib
-
Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər
-
Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır - ÜST
-
Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb