Cəbhə xəttində gərginliyi “Qarabağ generalları“ yaradır Hadisə

Cəbhə xəttində gərginliyi “Qarabağ generalları“ yaradır

"Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyi Ermənistanda hakimiyyəti ələ keçirən və Dağlıq Qarabağ münaqişəsindən hakimiyyətdə qalmaq üçün istifadə edən "Qarabağ generalları" qrupu yaradır".
Bu fikirləri APA-yA Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib: "Bu o qrupdur k, 1997-ci ildən başlayaraq, hakimiyyəti bir-birinə ötürür. Robert Köçəryan, Serj Sarkisyan və s. Mənə elə gəlir ki, artıq gələcəkdə Ermənistanda keçiriləcək seçkilərə uğrunda mübarizə başlayıb. Mübarizə hazırkı müdafiə naziri Sergey Ohanyan və Dağlıq Qarabağda formalaşan və tanınmayan respublikanın rəhbəri Bako Saakyan arasında gedir".
Fərhad Məmmədovun sözlərinə görə, Azərbaycan danışıqların tükəndiyini hiss etdikdə beynəlxalq hüquqnun təsbit etdiyi ərazi bütövlüyünü bərpa edəcək. Fərhad Məmmədov onu da deyib ki, istənilən sülhün alternativi yalnız müharibədir.