Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
11 Mart 2021 15:17
2 191
“Security Operation Services” (SOS) şirkəti 53 Vətən Müharibəsi iştirakçısını işlə təmin edib. Həmin şəxslər neft mədənlərinin, boru kəmərlərinin və digər neft sənayesi obyektlərinin mühafizəsinə cəlb olunacaq.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə neft obyektlərinin mühafizəsində çalışan müharibə veteranlarına xüsusi diqqət rəmzi olaraq, şirkətin kollektivi adından plaketlər də təqdim olunub.
Şirkətin direktoru Anar Məmmədov bildirib ki, qəhrəman Azərbaycan əsgərinin sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Hazırda bütün şəhid ailələri və müharibə veteranları dövlətimizin sosial qayğısı ilə tam əhatə olunub, lakin özəl müəssisə və təşkilatlar da bu işə öz töhfəsini verməkdədir. “Security Operation Services” şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna 10 min manat vəsait köçürüb. Bundan başqa şirkət digər sosial layihələrdə də fəal iştirak edir.
Qeyd edək ki, “Security Operation Services” MMC müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən peşəkar mühafizə şirkətidir. Zəngin fəaliyyət təcrübəsinə malik olan şirkət əməkdaşları bir sıra özəl və dövlət müəssisələrinin, o cümlədən SOCAR-la əməkdaşlıq çərçivəsində strateji sənaye obyektlərinin qorunmasını həyata keçirir.
24 Oktyabr 20:38
1 078
24 Oktyabr 19:27
1 043
24 Oktyabr 18:33
1 127


