Əfv Komissiyasında indiyədək baxılan müraciətlərin kateqoriyaları açıqlanıb Hadisə

Əfv Komissiyasında indiyədək baxılan müraciətlərin kateqoriyaları açıqlanıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirilən ötən iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.
Komissiyanın indiyədək keçirilən iclaslarında əsasən mülkiyyət, sağlamlıq əleyhinə, iqtisadi, korrupsiya və rüşvətxorluq, məişət zorakılığı və digər cinayətlərlə bağlı müraciətlərə baxılıb.
Bundan əlavə, iclaslarda yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə də baxılıb.
Qeyd edək ki, indiyədək Komissiyada baxılan müraciətlərin sayı 850-dən çoxdur. Komissiya baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.