NOVRUZ – INSAN VƏ TƏBIƏTI BIRLƏŞDIRƏN HALQA Hadisə

NOVRUZ – INSAN VƏ TƏBIƏTI BIRLƏŞDIRƏN HALQA

Q.Əli Purmərcan
İranın Azərbaycandakı Səfirliyinin
Mədəniyyət Mərkəzinin sədri

Bir daha Novruz küləyi mənqətədə əsməyə başlamışdır. Bahar və həyat ətri Novruz sahibi olan ölkələrin hər yerini bürümüşdür. Təbiət aləmi yenidən dirçəlir və qışdan sonra onlara şadlıq və həyat qayıdır. Bu həyatın yenilənməsi bu yerlərə yeni həyat ümidi bağışlayır. İnsanlar Novruzu və baharı görməklə axirəti xatırlayırlar, necə ki, öldükdən sonra yenidən dirilirlər. Bu Novruzun bərəkətlərindəndir ki, mənəviyyat və aqibəti düşünməni özü ilə gətirir. Novruz İran və İran sivilizasiyası ölkələrinin müştərək mədəniyyətinin (Əfqanıstan, Pakistan və Hindistanın bir hissəsi, Sinkyank Kyank, Mərkəzi Asiya, Qafqaz və hətta bəzi ərəb ölkələri) əsas hissələrindəndir ki, min illər boyu onu əziz tutmuş və o, bu millətlərin vəhdət nöqtəsi olmuşdur.

Bu qədim bayramda mənəvi adətlər, o cümlədən müxtəlif mərasimlər keçirilir. Novruzda fars, kürd, türk, bəluç, özbək, talış, rus və bəzi ərəb ölkələri birləşir və bu millətlərin sayı bu gün 300 milyon nəfərə çatır.
Novruz bu bayramın qeyd olunduğu ölkələrin sivilizasiya, tarix və mədəniyyətlərinin digər dünya xalqlarına çatdırılması üçün mühüm amildir. İran tarixində olan dostluq, məhəbbət, şadlıq, qardaşlıq mədəniyyəti Novruz vasitəsilə digər xalqlara ötürülür. Novruzun uzun illərdən bəri olan mesajı sülh, məhəbbət, eşq, yaxınlarına baş çəkmək, dostluq, paklıq, təmizlik olmuşdur. Elə buna görə də İslam dini bu adəti təsdiq edib onun doğru olduğunu bildirmişdir. Novruzun daimi qalmasının səbəblərindən biri də budur.

Novruz insanları rəhmətə və insanlığa dəvət edir. O, adətlərin möhkəmlənməsi, insanlar arasında əlaqə qurmasına kömək edir. Çünki onun kökü insan hissiyatındadır və qohumlar arasında olan birlik ruhunu oyadır. Bir çox insanlar müxtəlif ixtilaflardan sonra Novruzda barışırlar. Bundan öncə söhbət etməyə belə hazır deyildilər. Bu qədimlərdən qalan və insanlar arasında qardaşlıq yaradan bir adətdir. Bu bayram birlikdə olmaq fürsəti, ibrət almaq, dəyərləri qorumaq, mədəni və təbii miras, təbiətə və özünə diqqətdir. Novruzun əsas mesajı birləşdirməkdir.

Baxmayaraq ki, tarix boyunca millətlərin siyasi coğrafiyasının dəyişməsilə bölünmələr baş vermişdir, lakin Novruz kimi adət-ənənə və mədəniyyətləri onların pak fitrətlərndən götürülmüşdür və bu hələ də öz yerindədir. Bu millətlər arasındakı bağlılığı göstərir.
Keçən illər ərzində Novruz adətləri digər millətlərə getmiş və insanın pak fitrətindən götürüldüyünə görə onların qəlbində özünə yer tutmuşdur. Onlar bu adətlər ilə tanış olmuş və onlardan bəhrələnmişlər. Beləliklə, Novruz süfrəsi özəl bir süfrədir və onun İranın qədim süfrəsi ilə ortaq cəhətləri vardır. Novruz bəzi Avropa ölkələrində, hətta Birləşmiş Millətlər Təşkilatında da bayram kimi qeyd olunur.

Bayramı qeyd edən xalqlar arasında Novruz mədəniyyəti tanınmışdır və onlar bununla fəxr edirlər. Görəsən bu adətlər həmin xalqlar arasında necə birliyə səbəb ola bilər? Ümumi və mədəni diplomatiya çərçivəsində deyilən bu suala cavab vermək üçün bir neçə məqamı qeyd edirəm:

1. Novruzu indiki və gələcək nəsillərə tanıtmaq Novruz mədəniyyəti olan ölkələrin xalqları və dövlətləri üçün qaçılmaz bir zərurətdir. Bunu gənclərə və yeniyetmələrə öyrətmək yolu ilə mümkündür. Nəzərə almaq lazımdır ki, heç bir mədəniyyət yerində durmur və onları qeydə almaq lazımdır. Novruzun YUNESKO siyahısına salınması müxtəlif nəsillər arasında bağlılıq yaratmaq və həmçinin, adətləri qorumaqdır.

Novruzun mesajlarını ötürmək nəsillər arasında olan dialoqdur. Novruzun sülh və təbiəti qorumaq mesajı min illər boyu davam etmiş və bugünkü cəmiyyətin ona daha çox ehtiyacı vardır. Bu ölkələrin elm və siyasi mərkəzləri bu mövzularla bağlı işlələr görə bilərlər. Buna görə xüsusi layihəyə ehtiyac yoxdur, sadəcə il boyu bu mövzu müxtəlif mərkəzlərdə müzakirə edilər bilər.

Mühit və mədəniyyətlərə əsasən adət-ənənələrin çoxluğu və Novruzun mənəvi mesajları İran sivilizasiyası və Novruz qeyd olunan ölkələrin mədəniyyətində çox əhəmiyyətlidir. Türkmənistanda at çaparaq su üzərindən tullanmaq, Əfqanıstanda İmam Əli (ə) bayrağı qaldırmaq və ya dəvə sürmək, Azərbaycanda Novruz şeirləri və tapmacaları demək, digər adətlərin olması Novruzun müxtəlifliyini və eyni zamanda da vəhdətini gəstərir. Bu mədəniyyət və adət-ənənə müxtəlifliyinin dinlə heç bir təzadı yoxdur. Çünki Allah-taala Qurani-kərimin Hücurat surəsinin 13-cü ayəsində insanları millət və adət müxtəlifliyi ilə səsləyir, ancaq onların ən yaxşısının təqvalı olanlar olduğunu bəyan edir. Buna görə də Novruzun bu mesajı və adət-ənənələri gələcək nəsillərə çatdırılmalıdır.

2. Novruz YUNESKO-da bir neçə millətin iştirakı ilə qeydə alınan il bayramıdır. İlk olaraq 7 ölkə (İran, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Pakistan və Türkiyə) bununla bağlı işə başlamışlar. Fevral ayının yeddisi BMT də Novruz qətnaməsi qəbul edildi və Novruz beynəlxalq gün kimi dünya sülh mədəniyyətində qeydə alınaraq rəsmiləşdi. Əlbəttə daha sonralar bu ölkələrin sayı 12-yə çatdı və bu da region ölkələrinin Novruz mədəniyyətində olan böyük potensialının göstəricisidir.

3. Novruz region ölkəlrinin mədəniyyətlərini digər millətlərə tanıtmaqda mühüm rol oynaya bilər və buna görə də ölkələr ciddi addımlar atmalıdırlar.

4. Novruz mədəniyyəti iqtisadi əməkdaşlıqlara da müsbət təsir edir. Misal üçün EKO Təşkilatı , Şanxay Əməkdaşlıq Təşkilatı və ya İran və Azərbaycan iqtisadi əməkdaşlıq təşkilatı Novruzun vətəni kimi böyük rol oynaya bilərlər.

5. Mədəniyyət yumşaq bir gücdür və Novruz İranla Azərbaycanı tanıtmaq baxımından mühüm mədəni mexanizm ola bilər. Bu mədəni mexanizm iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıqlara təkan verə bilər. Beləliklə Novruz mədəniyyəti mexanizmi dost ölkələrdə iqtisadi fəaliyyət üçün mühüm amil ola bilər.

6. Novruz kimi qədim ayinlər regional əməkdaşlıq sahəsidir. Çünki Novruz regionda böyük potensiallar yarada bilər. Bəzi ölkələr artıq bu işə başlamışlar. İpək yolu insanları öz ətrafında toplamağa çalışıraq iqtisadi imkanlardan istifadə etməyə çalışırsa nə üçün Novruz olduğu ölkələr özləri üçün belə bir çərçivə qurmasınlar. Bilirik ki bu ölkəlrdə böyük potensiallar mövcuddur. Bunlar Novruz ailəsinin içində olan mədəni və iqtisadi imkanlardır.

7. Qeyd etmək lazımdır ki region ölkələrinin bu sahədəki ilkin fəaliyyətləri çox yaxşı olmuşdur və 2011-ci ildə Tehranda ilk beynəlxalq Novruz festivalı keçirilmişdir. Tehran festivalın katibliyi kimi tanınmış və hər il bir ölkə bu festivala ev sahibliyi edir. Ümid edirik ki, bu qərar ciddi şəkildə həyata keçirilsin və regionun daha da yaxınlaşmasına səbəb olsun.

8. Novruz ölkələrinin mədəni kimliyi daha çox Novruz ayinlərinə bağlıdır. Necə ki fars dilini qorumaq İran üçün, Azərbaycan dilini qorumaq Azərbaycan üçün, Urdu dilini qorumaq Hindistan və Pakistan üçün mühüm olduğu qədər də Novruz ayinlərini qorumaq bütün bu ölkələr üçün tarixi və mədəni kimliyi qorumaq baxımından mühümdür. Zaman keçdikcə bunlar unudulması ilə cavanlar Qərb və yerli olmayan mədəniyyətə cəlb olunmamalıdırlar.

9 Novruzun gözəl adətlərindən biri də yaxınlar arasında gediş gəlişdir və bu adət bu gün də davam edir. Bundan əlavə İranda və bəzi ölkələrdə insanlar bir ya iki həftə Novruz tətilinə gedir və digər şəhərlərin adət ənənəsi ilə tanış olurlar. Bir neçə il öncə bu səfərlər beynəlxalq şəkil almışdı. Region ölkələri bu gediş gəlişləri gücləndirməklə Noruz ölkələri arasında turizmin inkişafına kömək edə bilərlər. İran, Türkiyə və Azərbaycan arasında qarşılıqlı səfərlər turizmi gücləndirə və bir-birinin adətləri ilə daha da yaxından tanış olmalarına səbəb ola bilər. Region xalqları bu səfərlər nəticəsində gəlir əldə edə bilər bu da Novruzun bərəkətlərindən sayıla bilər.

10. Sonda qeyd etmək lazımdır ki, Novruz gözəllik və yaxşılıqlar ilə doludur. Qaranlıq və pisliyin Novruzda heç bir mənası yoxdur. Buna görə də daha çox çalışıb Novruzun nur və işığını yaymalı, pislik və qaranlıqlardan çəkinməliyik. Çalışıb Novruz adət-ənənələrimiz qorumalıyıq. Ümid edirəm ki, elə bir gün olacaq ki, Novruz qeyd olunan ölkələr Novruz mədəniyyət ittifaqı yaratmaqla bir-birinin ətrafında toplaşacaq və əlaqələrin hər sahədə genişlənməsini əldə edəcəklər. İnşallah.

Hər gününüz Novruz olsun.