18 Sentyabr 22:26
18 Sentyabr 16:26
19 Mart 2021 11:19
1 848
Quba rayonunun Alekseyevka kənd tam orta məktəbi bugündən əyani tədrisdən distant tədrisə keçib.
Bunu Trend-ə məktəbin direktoru İsa Əlixanlı deyib.
Onun sözlərinə görə, məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhsimova Gülxar Sabir qızında COVID-19-a qarşı testin nəticəsi pozitiv olub.
Məktəbdə tədris aprelin 2-dək distant formada olacaq.
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev dünən fevralın 1-dən indiyədək 626 sinfin distant tədrisə keçdiyini, onların 233-nün artıq əyani tədrisi bərpa etdiyini, hazırda 48 məktəbdə distant tədrisin tətbiq olunduğunu açıqlamışdı.
12:36
700
18 Sentyabr 21:11
952
18 Sentyabr 20:03
1 050