6 Noyabr 17:56
6 Noyabr 16:50
29 Mart 2021 11:05
1 659
Martın 25-də saat 19 radələrində Gədəbəy rayonu, Kərimli kənd sakini, 1969-cu il təvəllüdlü Hüseynov Şaiq Hüseyn oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Gədəbəy rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla Şaiq Hüseynovun kənd ərazisində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatora müdaxilə edərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilmişdir.
Hazırda fakt üzrə Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.
6 Noyabr 17:42
1 176
6 Noyabr 16:51
1 225
6 Noyabr 16:19
1 113