Yəmən Hökuməti və Husilər 3000 məhbusun mübadiləsi üzrə razılaşıb
Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb - YENİLƏNİB
Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açılıb
Bir vəkil kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq olunub
31 Mart 2021 08:46
2 093
31 mart - Azərbaycanlıların Soyqırımı Günü Bakı, Şamaxı, Quba, Zəngəzur, Qarabağ və Naxçıvanda erməni daşnak qruplaşmaları tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən qanlı soyqırımı kimi yaddaşlara həkk olunub.
Bunu AZƏRTAC-a açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bildirib.
Baş katib deyib: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev beynəlxalq ictimaiyyətin diqqətini yaxın keçmişdə baş verən bu qanlı hadisəyə çəkmək və azərbaycanlılara qarşı törədilən bütün soyqırımı hadisələrini bir gündə simvolizə etmək məqsədilə 1998-ci il 26 mart tarixində Sərəncam imzalayıb. Martın 31-i Azərbaycanlıların Soyqırımı Günü olaraq elan edilən bu Sərəncam eyni zamanda bütün qanlı hadisələrin və bu hadisələr zamanı vəhşicə qətlə yetirilən bütün azərbaycanlıların xatirəsinin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmasına vəsilə oldu”.
Bu gün Azərbaycan xalqı və dövlətinin soyqırımı qurbanlarını anmaqla yanaşı bu qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər gördüyünü xatırladan Bağdad Amreyev deyib: “Bu mühüm gün ilə əlaqədar bütün azərbaycanlı qardaşlarımızla birlikdə soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edərək bir daha təkrar etmək istəyirəm ki, Türk Şurası olaraq bölgəmizdə sülh və əmin-amanlığı təmin etmək üçün var gücümüzlə çalışmağa davam edəcəyik”.