14 Sentyabr 17:37
14 Sentyabr 14:59
31 Mart 2021 13:52
2 331
Şamaxıda sakinlərini tüfənglə öldürəcəyi ilə hədələyən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən R.Kazımov martın 29-da Nağaraxana kəndi ərazisində bir nəfərin onu və tanışı olan 3 nəfəri öldürəcəyi ilə hədələyib tüfəngdən havaya atəş açdığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən kənd sakini S.Əsgərov saxlanılıb. Ondan “BUM” markalı ov tüfəngi götürülüb.
10:34
210
10:33
217
10:21
294