ABŞ və Britaniya səfirlikləri təyyarə qəzasının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib
2031–2035-ci illərdə rəsmi statistikanın inkişafına dair dövlət proqramının layihəsi hazırlanacaq
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulub
AYNA: Avtobuslar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək
15 Aprel 2021 09:37
2 639
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 679 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 679 003 nəfər yeni koronavirusa yoluxub, 10 367 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 136 996 364, ölənlərin isə 2 951 832 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 30 949 496 nəfər. Siyahıda daha sonra Hindistan (13 873 825), Braziliya (13 517 808), Fransa (5 026 645), Rusiya (4 666 209), Böyük Britaniya (4 375 818), Türkiyə (3 962 760), İtaliya (3 793 033), İspaniya (3 336 637), Almaniya (3 044 016), Polşa (2 621 116), Kolumbiya (2 552 937) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.