Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
16 Aprel 2021 15:54
2 114
Bu gün Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı baş tutub.
Trend-in məlumatına görə, Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda həyata keçirilib.
İmtahanda 18367 şagirdin iştirak edib.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 79 imtahan binası, 1367 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 79 ümumi imtahan rəhbəri, 227 imtahan rəhbəri, 1727 nəzarətçi–müəllim, 158 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 79 bina nümayəndəsi ayrılıb.